MHP sədrliyinə namizədlər: "Sabah qurultay salonunda olacağıq"

MHP sədri vəzifəsinə dörd namizəd birgə bəyanat yayaraq sabah qurultayda iştirak edəcəklərini açıqlayıblar. APA TV-nin məlumatına görə, Ankara Valiliyinin "Qurultay keçirilməyəcək" qərarından sonra sədrliyə namizəd Meral Akşener bu gün Bakı vaxtı ilə saat 12-də mətbuat konfransı keçirəcəklərini bəyan etmişdi. Son dəqiqədə mətbuat konfransını təxirə salan namizədlər qurultayla bağlı birgə bəyanat yayıblar. Meral Akşener, Sinan Oğan, Koray Aydın və Ümit Özdağın birgə bəyanatında deyilir ki, onlar sabah qurultayın keçiriləcəyi salonda olacaqlar.

 

"Konstitusiya və qanunların ayaqlar altına atılması, məhkəmələrə təzyiqlər və süni əngəllərə rəğmən aşağıda imza atmış MHP sədrliyinə namizədlər 15 may 2016-cı il, saat 10.00-da qurultayımızın keçiriləcəyi salonda olacağıq" deyə bəyan edən namizədlər partiya nümayəndələrini iştirakçılarını açıqlanan ünvanda keçirəcək qurultaya gəlməyə çağırıblar.

 

Birgə bəyanatda o da qeyd olunur ki, əgər polis qurultayın keçirilməsinə maneçilik törətsə, onlara müqavimət göstərilməyəcək, qarşıdurmaya yol verilməyəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv