FİFA-nın baş katibi müsəlman qadın oldu - İLK DƏFƏ

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının baş katibi postuna ilk dəfə qadın seçilib. APA TV-nin BBC-yə istinadən məlumatına görə, bu Seneqaldan olan 54 yaşlı Fatma Samuradır.

Bundan öncə Fatma Samura BMT-nin Nigeriya üzrə humanitar koordinatoru vəzifəsində çalışıb.

"Fatma bizim üçün ən yaxşı namizəd idi. Onun bu vəzifəyə gətirilməsi yeni nəfəs deməkdir. O, gələcəyin insanıdır, keçmişin yox. Buna görə biz onu seçdik. Samura düzgün istiqamətdə çalışacaq. Biz gender bərabərliyinə də inanırıq", - deyə FİFA prezidenti Canni İnfanito bildirib.

Xatırladaq ki, bu vəzifədə bu ilin yanvar ayına qədər Jeroma Valke çalışıb. O, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında qanunsuz bilet satışlarının təşkil olunmasında təqsirli bilinib və işdən kənarlaşdırılıb.


 

Müəllif | Apa.Tv
Apa.tv