MHP-də qurultay krizi: bu dəfə Ankara meriyası icazə vermədi

Türkiyədə Ankara məhkəməsinin qərarına əsasən, mayın 15-də keçiriləcək olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) növbədənkənar qurultayı baş tutmayıb.

 

APA TV-nin məlumatına görə, buna səbəb Ankara meriyasının qərarı olub. Qurultayın keçirilməsinə icazə verməyən meriya tədbirin keçiriləcəyi hotelin qarşısına çoxlu sayda polis qüvvələri cəlb edib.

 

MHP-çi müxaliflər Sinan Oğan, Meral Akşener, Koray Aydın və Ümit Özdağ qurultayın keçirilməsinə icazə verilməyincə birgə bəyanat yayıblar. Bəyanatda vurğulanıb ki, heç kim boş yerə həvəslənməsin, MHP sahibsiz deyil. Son sözü partiya başqanı yox, qurultay söyləyəcək.

 

Bəyanat oxunarkən bir qrup "Baxçalı, istefa" deyə şüarlar səsləndirib.

 

Xatırladaq ki, aprelin 8-də Türkiyə məhkəməsi müxalifətin qurultay tələbini təmin edib və MHP-nin növbədənkənar qurultay keçirməsinə qərar verib.

Müəllif | Apa.Tv