İŞİD Yəməni qana buladı: 41 ölü, 60 yaralı
Yəmənin əl-Mukalla şəhərində terror hadisəsi baş verib. APA TV-nin məlumatına görə, polis məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü partladıb.
Terror aktı nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.