Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi nəticələri açıqladı

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi seçkilərdə keçirdikləri müşahidə ilə bağlı açıqlama verib. APA TV-nin xəbərinə görə, birliyin sədri Ramin Göyüşov müşahidələrin nəticələri barədə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər Seçki Prosesinin Şəffaflığının Keşiyində”adlı layihə həyata keçirilib. Layihə çərçivəsində 450 nəfər gənc müşahidəçi hazırlanıb. Birliyin sədri qeyd edib ki, müşahidəçilərin göndərdiyi məlumatlara, əsasən qeyd etmək olar ki, bu səsvermədə əhalinin və əsasən də gənclərin aktivliyi müşahidə olunub.

 

Nəticələrə əsasən, seçkilərdə iştirak etmə  70-72 % təşkil edib.  Müşahidəçilər tərəfindən verilən ilkin məlumata görə, gənclər tərəfindən müşahidə aparılan dairələrdə seçicilərin səs faizləri belə olub.

 

 1. İlham Əliyev                        80,6 %

 2. Cəmil Həsənli                      10,2 %

 3. Qudrət Həsənquliyev           2,7 %

 4. İqbal Ağazadə                       1,8 %

 5. Sərdar Cəlaloğlu                   1,6 %

 6. Zahid Oruc                           1,5 %

7. İlyas İsmayılov                       0,9 %

8. Fərəc Quliyev                         0,4%

9. Hafiz Hacıyev                         0,2%

10. Araz Əlizadə                         0,1%

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli