Həftənin ilk seansı: neft dəyərini qorudu
Birjalarda həftənin ilk seanslarında neftin qiyməti öz dəyərini qoruya bilib. APA TV-nin xəbərinə görə, səhər saatlarında keçirilən ilk hərraclarda “Brent” markalı neftin bir bareli 48,59 dollardan satılıb.
Qərbi Texas nefti də yüksək qiymətdən satılır. Hərraclarda WTİ neftinin bir bareli hazırda 46,95 dollardan təklif olunur.
Treyderlər həftənin ilk iş günündə neftin Nigeriyada hasilatın yarıbayarı azalmasının və OPEK hesabatının təsiri ilə bahalaşacağını güman edir. Proses sabah Amerika Neft İnstitutunun növbəti hesabatı açıqlamasına qədər sabit davam edəcək. Neftin sonrakı qiyməti bu hesabatın təsiri ilə azala və ya arta bilər.