Bu gün Ermənistan və Azərbaycan prezidentləri Vyanada görüşəcək
Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevvə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.
APA-nın xəbərinə görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova görüşdə əsas məqsədin məsləhətləşmələr aparılması və təmas xəttində hərbi risklərin azaldılmasından ibarət olduğunu bildirib.