Türkiyə İŞİD-i vurdu: 27 terrorçu məhv edildi

Türkiyə hərbi təyyarələri koalisiya qüvvələri ilə birgə Hələbin şimalındakı İŞİD mövqelərinə aviazərbələr endirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, nəticədə qruplaşmanın 27 terrorçusu məhv edilib, onların gizləndiyi beş mövqe və iki silah anbarı dağıdılıb.

 

Bununla da koalisiya qüvvələri Faydiyuah, Şeyx Rih və Tel Hişın yaşayış məntəqələri üzərində nəzarəti ələ keçirməyə müvəffəq olub.

Müəllif | Apa.Tv
Apa.tv