İraqda silsilə partlayış: 15 ölü, 46 yaralı

İraqda törədilmiş bir neçə partlayış nəticəsində azı 15 nəfər ölüb, 46 nəfər yaralanıb.

 

APA TV-nin “Associated Press” agentliyinə istinadən məlumatına görə, dörd partlayış Bağdadın müxtəlif bölgələrində törədilib.

 

Bundan əlavə, Bağdaddan 30 km aralıda yerləşən əl-Latifiya şəhərində əsgərlərin olduğu hərbi konvoy ərazidən keçdiyi zaman minalanmış avtomobil partladılıb. Nəticədə 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən ikisinin hərbçi olduğu bildirilir.

 

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv