“Beşiktaş" Türkiyə çempionu oldu

Türkiyə Superliqasında XXXIII tura yekun vurulub.

 

APA TV-nin  məlumatına görə, həftənin ilk oyununda “Antalyaspor” öz meydanında “Trabzonspor”un daşını daş üstə qoymayıb. Aralıq dənizi sahilinin təmsilçiləri “qaradənizlilər”in qapısından 7 cavabsız top keçirib.

 

Bu turda 2015/16 mövsümünün çempionu bəlli olub. "Beşiktaş" sona bir tur qalmış öz meydanında "Osmanlıspor"u məğlub edib - 3:1. Beləliklə, "Beşiktaş" çempionluğunu rəsmiləşdirib.

Müəllif | Apa.Tv
Apa.tv