Ermənilər: "Dördgünlük müharibə ordunun hansı vəziyyətdə olduğunu göstərdi" - SORĞU

"Bu, təkcə gecikmiş deyil, həm də mənasız bir bəyanatdır. Belə bir açıqlamanı biz ötən il də eşitmişdik və bunlar sadəcə hədər yerdə deyilən sözlərdir. İndi sərhədyanı yaşayış məntəqələrini müdafiə etmək lazımdır".

 

APA TV-nin Ermənistanın İctimai Televiziyasının saytına istinadən xəbərinə görə, bu fikirlər İrəvanda keçirilən sorğuda iştirak edən sakinlər Ermənistanın baş naziri Ovik Abramyanın hökumətin öz fəaliyyətinə yenidən nəzər salınması, qənaət rejiminə keçilməsi və daha effektiv fəaliyyət göstərməklə, korrupsiya və inhisarçılıqla mübarizə aparılması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

Rəyi soruşulanlar qeyd edib ki, seçkiqabağı kampaniyalardan öncə buna bənzər kəskin bəyanatların səsləndirilməsi adət halını alıb.

"Ovik Abramyan hansı korrupsiyadan danışa bilər? İlk növbədə bu adamlar inhisarçılıq və korrupsiya ilə məşğul olan ailələri və qohumları ilə mübarizə aparmalıdırlar. Əvvəllər parkların yerləşdiyi sahələrdə indi dəyəri Ermənistan büdcəsindən bir neçə dəfə artıq olan evlər tikilib. Bu evlər kimə məxsusdur? Belə yoxsul ölkədə bu pullar haradandır? "Dörd günlük müharibə" ordunun necə bərbad vəziyyətdə olduğunu ortaya qoydu. Hökumət və qondarma rejim hətta ordunu belə talayıb", - deyə onlar bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv