Dağlıq Qarabağın müstəqilliyinin tanınması Ermənistan parlamentində müzakirə olunmayacaq

Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentində müzakirə olunmayacaq.

 

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə Daimi Komissiyası Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsini plenar iclasın gündəliyinə salmaqdan imtina edib.

 

Müəllifləri Zauri Postancyan və Qrant Baqratyanın olduğu sözügedən qanun layihəsi komissiyanın iclasında səsverməyə çıxarılıb.

 

Qeyd edək ki, layihənin lehinə yalnız “İrs” fraksiyasının nümayəndəsi Tevon Poqosyan, əleyhinə isə hakim Respublika Partiyasından üzvü Hamlet Artunyan səs verib.

Müəllif | Apa.Tv
Apa.tv