Rusiya Türkiyədən balqabaq idxalına qadağa qoydu

Rusiya Türkiyədən balqabaq idxalına qadağa qoyub. APA TV-nin məlumatına görə, Rusiyanın müvafiq qurumu bu qərarı idxal olunan məhsullarda təhlükəli zərərvericilərin aşkarlanması ilə izah edib.

 

Qadağa mayın 19-dan qüvvəyə minəcək. Bu gündən isə Türkiyədən kahı idxalına qoyulan qadağa qüvvəyə minir. Rusiya bir neçə gün əvvəl qəbul etdiyi bu qərarı da məhsullarda təhlükəli xəstəliyin aşkarlanması ilə izah edib. Bundan əvvəl isə Rusiyaya Türkiyədən pomidor, xiyar, soğan, gül kələm, brokkoli, portağal, narıngi, alma, armud, ərik, alça, gavalı, üzüm, çiyələk, bibər, badımcan və nar idxalını qadağan edib.

Müəllif | Apa.Tv
Apa.tv