İmişlidə avtomobil motosikletlə toqquşdu: 2 yaralı

İmişlidə  iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hadisə  günorta saatlarında Heydər  Əliyev prospektində  qeydə  alınıb.

 

1967-ci il təvəllüdlü Əhmədov Vüqar Firudin oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1978-ci il təvəllüdlü Fərəcov Asim Mürşüd oğlunun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü və sərnişini, 1971-ci il təvəllüdlü Baloğlanov Sahib Baloğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı