Qarabağda erməni əsgəri öldürüldü

Mayın 17-nə keçən gecə saat 00:50 radələrində qoşunların təmas xəttində atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 20 yaşlı əsgəri Xaçatur Arutunyan həlak olub.

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, qarşılıqlı atışma Martuni və cənub-şərq istiqamətində davam etdirilib.

 

Bir neçə saat davam edən atışmada erməni əsgəri aldığı güllə yarasından ölüb.

Müəllif | Apa.Tv
Apa.tv