ABŞ Səudiyyə Ərəbistanına olan borcunu açıqladı - 40 İLDƏ İLK DƏFƏ

ABŞ-ın Maliyyə Nazirliyi son 40 ildə ilk dəfə olaraq ölkənin Səudiyyə Ərəbistanı qarşısında olan borcunu açıqlayıb.

 

 

 

APA TV-nin "Lenta.ru"ya istinadən xəbərinə görə, cari ilin mart ayına qədər olan borcun məbləği 116,8 milyard dollar təşkil edib.

 

Bununla da Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların borclu olduğu 10 ölkə arasında qərarlaşıb. Sözügedən siyahıda ilk yeri isə dəyişməz olaraq Çin tutur. Birləşmiş Ştatlar bu ölkəyə 1,3 trilyon dollar qaytarmalıdır. İkinci yerdə olan gündoğar ölkə - Yaponiya isə Birləşmiş Ştatlara ayırdığı 1,1 trilyon dolların geri ödənməsini gözləyir.

 

Qeyd edək ki, bu yaxınlarda Birləşmiş Ştatlar 1974-cü ildən bəri mövcud dövlət borcları ilə bağlı məlumatların ictimaiyyətə açıqlanmasına başlayıb. Aprel ayında isə Səudiyyə hökuməti ABŞ-ın bu ölkəyə olan borcunu, o cümlədən 750 milyard dollarlıq aktivlərini satmaqla təhdid edib. Bu addımı rəsmi Ər-Riyad Vaşinqtonun 11 sentyabr terror hadisələrinə görə ölkəni məsuliyyətə cəlb edəcəyi təqdirdə atacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv