Sefilyan: “Proses Azərbaycanın maraqlarına uyğun nəticələnəcək”

"Prezidentlərin Vyana görüşü cəbhə xəttində baş verən aprel döyüşlərinin Azərbaycana sərf etdiyinin göstəricisidir". APA TV-nin "Armenia Today" saytına istinadən xəbərinə görə, bu fikirləri özünü "Şuşa batalyonu"nun komandiri kimi təqdim edən Jirayr Səfilyan  deyib.

 

Fikirlərini özünün "Facebook" səhifəsində paylaşan Səfilyan bildirib ki, proses Azərbaycanın maraqlarına uyğun nəticələnəcək.

 

"Hakimiyyətin bu uğursuzluğu yekun nəticədə Azərbaycanın silahlanmağı davam etdirməsi və qarşısına qoyduğu məqsədə nail olması ilə nəticələnəcək. Belə bir vəziyyətdə ən təhlükəli addım xarici qüvvələrin verdiyi boş vədlərin təsiri ilə sayıqlığın itirilməsi olacaq ki, artıq analoji tendensiya müşahidə olunmaqdadır. Eyni zamanda heç kim Azərbaycanın aprel ayında endirdiyi dağıdıcı zərbələrin bir daha təkrarlanmayacağına zəmanət vermir. Bizim isə Vyanada qurban verməyə nə əlavə ərazimiz, nə də canlı qüvvəmiz var” - deyə, o bildirib.

Müəllif | Apa.Tv
Apa.tv