ARDNF hərracda 49 mln. dollar satdı

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.

 

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 34 mln. dollar məbləğində vəsait 8 banka, 15 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv