Kreml: Vyana görüşünün yekunları nikbinlik üçün əsas verir
"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunları ilə bağlı nikbinlik üçün əsas var".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən bildirib.
"Demək olar ki, münaqişənin kəskin mərhələsi geridə qalıb. Sözsüz ki, görüşə lazımi qiymət bizim xarici işlər naziri tərəfindən verilib", - deyə Kremlin sözçüsü vurğulayıb.