Mehriban Əliyeva Milli Məclisə Amnistiya aktı layihəsi təqdim edib
Millət vəkili Mehriban Əliyeva 28 May - Respublika günü münasibətilə "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
APA-nın məlumatına görə, bu barədə bu gün Milli Məclisin plenar iclasında I vitse-spiker Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov deyib ki, layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3 500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.