İqbal Ağazadə İlham Əliyevə uğur arzuladı

"İlham Əliyevə bundan sonrakı fəaliyyətində müvəffəqiyyət arzulayıram". APA TV-nin xəbərinə görə, Ümid Partiyasının sədri, prezidentliyə keçmiş namizəd İqbal Ağazadə oktyabrın 9-da Azərbaycanda keçirilən növbəti prezident seçkilərində qalib gələn prezident İlham Əliyevi təbrik edib: "İlham Əliyevə Azərbaycanın problemlərinin həlli , siyasi məhbusların azad olunması, barış və dialoqun yaranması, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycanda yeni siyasi müstəvinin yaranması  istiqamətində başarılar arzulayıram, uğurlar diləyirəm".

 

İqbal Ağazadə deyir ki, ortada MSK-nın qoyduğu rəsmi nəticələr var, ona etiraz etmək olmaz. "Barış və dialoq tərəfdarıyıq" deyən keçmiş namizəd aqressiv reaksiyalar verilməsini məqsədə uyğun saymır.  İqbal Ağazadə Milli Şura başda olmaqla, bütün qurumları barışa və sülhə dəvət edib. O, həmçinin, qarşıdakı bələdiyyə seçkilərinə hazırlaşdıqlarını bildirib.

 

Müəllif | Apa.Tv