RYTN-nin sabiq aparat rəhbərinin və digər vəzifəli şəxslərinin həbs müddəti uzadıldı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbs müddəti uzadılıb.
APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə V.Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay uzadılıb.
Qeyd edək ki, V.Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aşkarlanan qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə həmin cinayət işi üzrə həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və onun struktur qurumlarının vəzifəli şəxslərinin də həbs müddətləri 3 ay artırılıb.