Sabunçuda 66 yaşlı kişini maşın vurdu

Ötən gecə, Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, rayonun Pirşağı qəsəbəsində naməlum avtomobil 66 yaşlı Emin Mirzəliyevi vurub. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub.

 

Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Qəza baş verən ərazidə polis əməkdaşları olublar. Sürücünün tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Faktla əlaqədar araşdırmalar aparılır.

 

Fərahim Qasımov

Müəllif | Apa.Tv
Apa.tv