Sürücülərin nəzərinə: bu küçə tam bağlandı!
Bakıda daha bir küçədə təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən xəbərə görə, ötən gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanıb.
Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlanıb. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinin Süleyman Sani Axundov ("Azadlıq" metro stansiyası, 8-ci mkr. istiqamətinə) və Məsud Davudoğlu küçələri ilə (6-cı mkr. istiqamətinə) hərəkəti təmin olunub.
Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək (3-4 gün) tətbiq olunacaq.
“Azəravtoyol” ASC baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməyi tövsiyə edir.