Suraxanı sakinini evinin qarşısında maşın vurdu
Ötən gecə, Suraxanı rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin məlumatına görə, Atamoğlan Rzayev küçəsində yaşayan Elnur Əliyevi avtomobil yaşadığı evin qarşısında vurub.
Piyadanı vuran sürücü hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatı üçün olan təhlükə aradan qaldırılıb.
Faktla əlaqədar Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.