APA-nın əməkdaşının evi qarət olundu - YENİLƏNİB

APA İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub. Bu barədə APA TV-yə jurnalistin həyat yoldaşı Gülnar Muqumova məlumat verib.

 

Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadıqları, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Hadisə baş verən vaxt evdə heç kim olmayıb: "Tək bir üzük taxıb getmişdim işə, qayıdıb evə gələndə onu mücrüyə qoymaq istədim, gördüm heç bir əşyam yoxdur".

 

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar: "Mən işə gedəndə təxminən 35-40 yaşında bir kişi yuxarı qalxırdı. Nəsə o, məndə şübhə doğurdu . Qalxdım qonşulardan soruşdum ki , belə bir adam bu saatda sizə gəlib? Onlar dedilər xeyr. Ondan şübhələndim. Bəlkə də yanılıram". 

 

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən APA-ya bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv