Neftin qiyməti 50 dollar ətrafında sabitləşir
Dünyanın aparıcı birjalarında neftin qiyməti 50 dollar ətrafında sabitləşməkdədir.
APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neft növbəti rekord müəyyənləşdirib. Hərraclarda “Brent” neftinin bir bareli 49,57 dollardan satılıb ki, bu da 2016-cı ildə qeydə alınan ən yüksək qiymətdir.
Qərbi Texas nefti də dəyərini qorumaqdadır. Hazırda WTİ neftinin bir bareli 48,42 dollardan təklif olunur.
Ekspertlər neftin həftə ərzində yüksək qiymətini qoruyacağını güman edir.