Bakı-Sumqayıt yolunda dəhşət: piyada iki avtobusun arasında qaldı

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Lent.az-ın məlumatına görə, magistralın 21-ci kilometrliyində avtobus dayanacağının yaxınlığında "Ford" və "Mitsubishi" markalı iki avtobus toqquşub. Nəticədə avtobusların arasında qalan 49 yaşlı qadın aldığı xəsarətdən vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv