ABŞ-da quru qoşunlarına "mavi" rəhbərlik edəcək
Birləşmiş Ştatlar Senatı Erik Fenninq adlı hərbçini yekdilliklə Quruş Qoşunlarının komandanı vəzifəsinə təsdiqləyib.
APA TV-nin "Lenta.ru"ya istinadən məlumatına görə, bununla da E.Fenninq ABŞ ordusunun qoşun növlərindən birinə başçılıq edəcək qeyri-ənənəvi seksual oriyentasiyadan olan ilk şəxs kimi tarixə düşüb.
E.Fenninqin namizədliyi prezident Barak Obama tərəfindən hələ səkkiz ay öncə irəli sürülsə də, bununla bağlı səsvermə müxtəlif səbəblərdən bir neçə dəfə təxirə salınıb.
Qeyd edək ki, 2010-cu ildə Ağ Ev rəhbəri homoseksualların silahlı qüvvələrdə xidmət etməsini qadağan edən "Soruşma, danışma" adlı qanun layihəsini ləğv edib. 1993-cü ildən qüvvədə olan qanun fərqli oriyentasiyadan olan şəxslərin orduda xidmət etməsinin yasaqlanmasını nəzərdə tuturdu. Həmin qanunun qəbulu bu qəbildən olan 13000 nəfərin ordudan qovulması ilə nəticələnmişdi.