Cəlilabadda “Mercedes” çay daşı ilə dolu olan "KamAZ"la toqquşdu: 1 ölü

Cəlilabadda bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin  yerli bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 147-ci km-də, yolun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Masallı rayon sakini Sirac Ağayev “Mercedes” markalı avtomobillə  Astara  istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn çay daşı ilə dolu olan "KamAZ" markalı yük maşını ilə toqquşub.

 

Qəzanın təsirindən yük maşını yoldan çıxaraq ətrafdakı iri gövdəli ağaca çırpılıb. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Göstərilən tibbi yardımlara baxmayaraq, minik avtomobilinin sürücüsü Sirac Ağayev dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv