Qaxda 16 yaşlı gənc motosikleti işıq dirəyinə çırpdı
Qaxda motosikleti işıq dirəyinə çırpan yeniyetmə komaya düşüb.
APA TV-nin məlumatına görə, mayın 17-də rayonun Əlibəyli kənd sakini, 16 yaşlı David Mamuka oğlu Topalaşvili idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan motosikletlə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə çırpılıb.
Ağır bədən xəsarətləri alan David Topalaşvili koma vəziyyətində Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA TV-yə bildirilib ki, David Topalaşviliyə ağır kəllə-beyin travması və kəllə sümüyünün sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.