Bakıda qonşu qonşunu bıçaqladı

Bakıda qonşu qonşunu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.

 

Xırdalan şosesində iki qonşu arasında mübahisə yaranıb. Mübahisədən sonra 1983-cü il təvəllüdlü Rәşad İbad oğlu Qürbәtov yaşadığı evə gedib. Lakin qonşusu sakitləşməyib və bıçaq götürərək, Rəşad Qürbətovun dalınca evlərinə gəlib. Mübahisə fərdi yaşayış evinin həyətində də davam edib və qonşu 33 yaşlı Rəşad Qürbətovu bıçaqlayıb.

 

Yaralı atası tərəfindən 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə məlumat verilib. Araşdırmalara başlayan polis əməkdaşları yaralının ifadəsini alıblar. Onu bıçaqlayan qonşunun tapılması istiqamətində tədbirlər görülür. Rəşad Qürbətovu bıçaqlayan şəxsin adı hələlik açıqlanmır. 

Müəllif | Apa.Tv
Apa.tv