Paris-Qahirə təyyarəsi itib: 66 nəfərdən xəbər yoxdur
Parisdən Qahirə istiqamətində uçan Misirə məxsus "Aerobus" təyyarəsi Aralıq dənizi üzərində radarlardan itib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, sözü gedən təyyarədə 56 sərnişin, 7 heyət üzvü və 3 nəfər xüsusi xidmət orqanı əməkdaşı olub.
Laynerin məxsus olduğu aviaşirkətdən verilən məlumata görə, ekipaj təyyarə sonuncu dəfə Yunanıstan-Türkiyə sərhədində olarkən dispetçer məntəqəsi ilə bağlantıya çıxıb, bundan sonra onunla əlaqə kəsilib.
Ötən gün yerli vaxtla saat 23:09-da Paris hava limanından qalxan təyyarənin Misir ərazisinə girəndən sonra 11277 metr yüksəklikdə yoxa çıxdığı bildirilir.