Əfqanıstanda qəzaya uğrayan təyyarədəki azərbaycanlılar həlak olub

Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.

 

APA-nın “mk.ru” saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyyəti ağırdır.

 

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

 

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

 

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb. Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv