Sumqayıtda dəhşət: ər arvadını öldürdükdən sonra özünü bıçaqladı

Sumqayıtda qətl törədilib. Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Tağıyev qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1987-ci il təvəllüdlü Famil Adıgözəlov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Xalidə Adıgözəlovanı bıçaqlayaraq öldürüb.

 

F.Adıgözəlov daha sonra özünə bıçaqla xəsarət yetirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Apa.tv