İmişlidə azyaşlı qardaş-bacı yanaraq öldü - AİLƏ FACİƏSİ
İmişlidə baş verən dəhşətli yanğında iki azyaşlı qardaş-bacı yanaraq ölüb.
APA TV-nin xəbərinə görə, dəhşətli yanğın rayonun Qaralar kəndində, Qızxanım Şəmmədovaya məxsus mənzildə baş verib. Mənzilin tavan hissəsindən başlayan yanğın nəticəsində evin üst hissəsi çöküb. Bu zaman içəridə qalan 10 yaşlı İsmayıl Şammədov və 14 yaşlı Aytac Şammədova alovdan xilas ola bilməyib. Hadisə zamanı uşaqların anası evdə olmayıb. Mənzildə azyaşlılardan başqa kimsənin olmadığı bildirilir. Həmçinin yanğın zamanı 235 kvadrat metrilik evin tavan hissəsi, 3 otaq və evin konstruksiyaları yanaraq sıradan çıxıb. Hadisə yerinə İmişli rayon yanğındam mühafizə xidmətinin 2 ədəd avtomaşını və 10 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğın məhdudlaşdırılıb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Cəsədlər evdən çıxarılaraq aidıyyatı üzrə təhvil verilib.
Hadisənin elektrik xəttində baş verən qısa qapanmadan yarandığı bildirilir. Fakt araşdırılır.