Elçin Quliyev Şəmkirdə vətəndaşları qəbul edib

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Şəmkirdə vətəndaşları qəbul edib.

 

APA TV-nın qərb bürosunun məlumatına görə Şəmkir Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin rəisi Ağstafa, Tovuz, Qazax, Samux və Şəmkir rayonlarının sakinləri ilə görüşüb.

 

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, tibbi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün DSX-nin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib. Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli