Azərbaycanda icra başçısı işdən çıxarıldı
Azərbaycanda icra başçısı işdən çıxarılıb. APA TV-nin "AzərTAC"a istinadən xəbərinə görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Nəriman oğlu Əsgərov vəzifəsindən azad edilib. O, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bununla əlaqədar prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.