Cəlilabadda nitq qüsurlu gənci ilan sancdı

Cəlilabadda ilansancma faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün rayonun Cəlayır kəndi ərazisində baş verib.


Kənd sakini, 33 yaşlı Əlisəfa Əliyev örüş sahəsindəki biçilmiş otları toplayarkən ilan onun sol ayaq nahiyəsindən sancıb. Danışığı qüsurlu olan zərərçəkmiş vaxtında özünü evlərinə çatdırıb.

 

Yaxınları tərəfindən xəstəxanaya aparılan Ə.Əliyevə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.


Qeyd edək ki, bu, cari mövsümdə Cəlilabad rayonunda qeydə alınmış ilk ilansancma hadisəsidir.

Müəllif | Apa.Tv