Saxlanılan şəxs: "Əlimi atdım cibinə, 450 manat pulunu çıxartdım..."

Nizami RPİ-nin əməkdaşları Bakı şəhər sakini Vasif Namazova qarşı quldurluq etməkdə şübhəli bilinən 4 nəfəri yaxalayıb.

 

APA TV-nin xəbərinə görə, hadisə rayon ərazisində fəaliyyət göstərən gecə klublarından birinin qarşısında baş verib.

 

Klubda müştəri olan Namazovun cibindən xeyli pul çıxardığını görən digər 4 müştəri onu qarət etməyi planlaşdırıb. Elvin Abbaszadə, Vahid Şirinov, Şahin Kərimov və Rəşad Məhərrəmov ona yaxınlaşaraq kənara çəkiblər. 

 

Rəşad Məhərrəmov: "20 manat pul istədim, dedi çıxaq gedək verim. Getdik marketə, gördüm vermək istəmir. Əlimi atdım cibinə, 450 manat pulunu çıxartdım. Tanıyırdım onu, aşağı məhəllədə qalırdı".

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv