Ermənilər yenə öz pilotsuz uçan aparatlarını vurdular

Cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan Silahlı Qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

 

APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

 

Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

 

Müəllif | Apa.Tv