Neft yenidən bahalaşdı, "Brent" və WTİ ilk dəfə eyni qiymətə satılır

Dünya bazarında neftin qiyməti yenidən bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, dünən gün ərzində ucuzlaşan "Brent" markalı neftin bir bareli hazırda 49,28 dollardan satılır. Qərbi Texas nefti də ilk dəfə olaraq "Brent" nefti ilə aradakı fərqi bağlaya bilib. İyun ayının ikinci yarısı üçün bağlanan fyüçerslərdə Qərbi Texas neftinin qiyməti 49,27 dollar müəyyənləşib. Ekspertlər qiymətlərin siyasi faktorların təsiri altında olduğunu, günün son seanslarına kimi WTİ neftinin "Brent"dən baha satıla biləcəyini ehtimal edir.

 

Qeyd edək ki, birjaların həftəlik iş rejimi bu axşam başa çatır. Növbəti hərraclar bazar ertəsi keçiriləcək. Treyderlərin fikrincə, siyasi faktorların təzyiqi davam edərsə, neft həftəni 50 dollarla bitirə bilər. 

Müəllif | Apa.Tv
Apa.tv