Gəncədə qaraçılar qəzaya düşdü: 1 ölü, 6 yaralı
Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində, “Nizami Sovxozu” adlanan ərazidə qeydə alınıb. 1981-ci il təvəllüdlü Surac Abdullayev yüksək sürətlə idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolu tənzimləyən beton maneəyə çırpıb.
Qəza zamanı sürücü və avtomobildə olan 6 nəfər, 1995-ci il təvəllüdlü Anjela Mirasliçenko, 1998-ci il təvəllüdlü Ramin Abdullayev, 1988-ci il təvəllüdlü Rıslan Mirasliçenko onun qızı 2006-cı il təvəllüdlü Fatimə, 1979-cu il təvəllüdlü Sergey Mirasliçenko və 1993-cü il təvəllüdlü Doçenko Arsen adlı şəxslər müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan iki xəstəxanaya yerləşdiriblər. Tibbi yardıma baxmayaraq, sürücü Surac Abdullayev xəstəxanada ölüb.
Qeyd edək ki, qəzaya düşənlər qaraçılardır və onlar Gəncənin Natəvan qəsəbəsində məskunlaşıblar.
Hadisəyə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinin səbəbə olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.