Türkiyədə İŞİD üzvü özünü partlatdı
Türkiyədə İŞİD üzvü özünü partladıb. APA TV-nin yerli mətbuata istinadən verdiyi xəbərə görə, insident Türkiyənin Qaziantep şəhərində baş verib. Məlumata görə, terrorçu üzərindəki partladıcı qurğunu polis reydi zamanı işə salıb. Partlayış nəticəsində asayiş keşikçilərindən xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, hadisədən sonra terror təşkilatına qarşı keçirilən əməliyyat daha da gücləndirilib.