YAP-dan ATƏT-in ilkin rəyinə reaksiya

“Oktyabr ayının 9-da Azərbaycan xalqı prezident seçkilərində öz siyasi iradəsini ifadə etdi. Xalqın öz iradəsini ifadə etməsi üçün hər bir şərait yaradılmışdı. Seçkilər şəffaf və ədalətli keçirildi. İnsanlar istədikləri namizədə səs verdi. Cənab İlham Əliyev seçicilərin səslərinin əksəriyyətini qazandı. Mən bunu tamamilə ədalətli sayıram. Xalq görülən işlərə və gələcək uğurlara səs verdi”.

 

APA TV-nin xəbərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı ilkin rəyini şərh edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov partiyanın saytına deyib. Əli Əhmədov ATƏT-in DTİHB-in ədalətli ola bilməməsinin təəssüf doğurduğunu da nəzərə çatdırıb: “Onlar seçki prosesini xalqın iradəsinin ifadə olunmasına görə deyil, görünür, özlərinə məlum olan mülahizələrə əsasən dəyərləndirməyə üstünlük verdilər. Mən ATƏT-in DTİH bürosunun prezident seçkilərinin nəticəsinə dair ilkin hesabatını qeyri-obyektiv və qərəzli hesab edirəm. Bu hesabat mahiyyətinə görə Azərbaycan xalqının iradəsinə hörmətsizlikdir”.

Müəllif | Apa.Tv
Apa.tv