Gürcüstan Fransadan hava hücumundan müdafiə sistemləri almağa başlayır

Fransa Gürcüstana hava hücumundan müdafiə sistemləri göndərəcək. APA TV-nin gürcü mətbuatına istinadən xəbərinə görə, Gürcüstan hava hücumundan müdafiə sistemlərini 2017-ci ilin yanvarında əldə etməyə başlayacaq.

Bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli bildirib. O, həmçinin bu şərtlərin 2015-ci ildə Fransa ilə imzalanmış razılaşmalarda öz əksini tapdığını, sözü gedən anlaşmaların təchizat şərtləri və müddətini də müəyyən etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistemlər Gürcüstanın hava hücumundan müdafiəsinin əsasını təşkil edir. Müdafiə naziri həmçinin qeyd edib ki, həmin sistemlər NATO standartlarına tam uyğundur və dünyadakı analoqlarından daha müasirliyi ilə seçilir.

Qeyd edək ki, Gürcüstan hava hücumlarından müdafiə sistemlərini Rusiya ilə 2008-ci ildəki hərbi toqquşmalardan sonra gücləndirməyə başlayıb

Müəllif | Apa.Tv
Apa.tv