Lənkəranda minik avtomobili maneəyə çırpıldı, sürücü yaralandı

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 20-də səhər saatlarında rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

 

Lənkəran şəhər sakini, 23 yaşlı Elvin Nazim oğlu Səfərlinin idarə etdiyi “Chevrolet” markalı, 42 BV 078 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı maneəyə çırpılıb. Güclü zərbədən qapalı kəllə-beyin travması və digər bədən xəsarətləri alan sürücü dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkim nəzarəti altına götürülmüş Elvin Səfərliyə müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, vəziyyəti ağırdır.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv