AŞPA və ATƏT seçkilərlə bağlı ilkin rəyini açıqladı
Azərbaycanda seçki prosesinin azad, ədalətli və şəffaf keçirildiyini müşahidə etdik. Bu barədə Avropa Parlamenti və AŞPA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub. APA TV-nin məlumatına görə, bəyanatı verən Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Pino Arlaçi bildirib ki, Azərbaycan hökumətinin çox sayda beynəlxalq və yerli müşahidəçilərin seçkiləri izləməsinə imkan yaratması təqdirəlayiq haldır. Onun sözlərinə görə, seçki günündən öncə və seçki günü seçki prosesləri dinc həyata keçirilib. Daha sonra heyətin rəhbəri müxalifətə seçkilər zamanı müəyyən fürsət və imkan yaradılıb və bu da gələcəkdə inkişaf etdirilməlidir. AŞPA-nın Azərbaycanda gedən prosesləri yaxından izlədiyini vurğulayan qurumun nümayəndə heyətinin rəhbəri Robert Uolter qeyd edib ki, İlham Əliyev səslərin böyük əksəriyyətini toplayaraq qələbə qazanıb. O deyib ki, müxtəlif uğursuz namizədlərin seçkinin nəticələrini tanıyıb-tanımaması siyasi məsələdir. Qeyd edək ki, AŞPA və Avropa Parlamenti müşahidəçilərinin yekun hesabatı yaxın həftələrdə təqdim ediləcək.
"Seçki yarışında 10 partiyanın iştirakı plüralizm nöqteyi-nəzərindən müsbət məqamdır. Seçicilərin fəallığı da digər Avropa ölkələrində olduğu kimi yüksək idi. Bu, onu göstərir ki, insanlar nəticədə maraqlıdır”.
Bunu isə ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərlə bağlı ilkin rəyini açıqlayarkən deyib.
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri Doris Barnett isə ziyarət etdiyi 7 məntəqədəki pozitiv atmosferi və seçicilərin fəallığını qeyd edib.
ATƏT DTİHB-in uzunmüddətli müşahidə missiyasının Tana de Zulueta bəyan edib ki, seçki təkcə səsvermə günündən ibarət deyil. Zulueta seçkilər müddətində “ifadə, birləşmə və toplaşma azadlıqlarının məhdudlaşdırıldığını”, seçki prosesinə müdaxilə hallarının qeydə alındığını bildirib.
Qurumun seçkilər üzrə yekun hesabatı seçki prosesinin başa çatmasından təxminən səkkiz həftə sonra hazır olacaq.