Səlim Müslümov Qazaxda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qazax rayonunda bu rayonun və Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, vətəndaşların müraciətlərində məşğulluğun təminatına və bərpa müalicəsinə kömək göstərilməsi, imtiyazlı şəxslərin mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, əmək pensiyasına hüququn müəyyən olunması və s. məsələlər əhatə olunub.

 

Nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə hər bir müraciət obyektiv şəkildə araşdırılaraq cavablandırılıb, müvafiq hallarda vətəndaşlara hüquqi izahatlar verilib. Bir sıra müraciətlərdə qaldırılan məsələlərin həlli ilə bağlı elə yerindəcə tədbirlər görülüb. Vətəndaşların bir qisminin müraciətlərinə əsasən onların və ya yaxınlarının bərpa müalicəsinə köməklik göstərilməsi üçün onlar qeydiyyata alınıb, bir sıra vətəndaşlar münasib iş yerlərinə göndərişlə təmin olunublar. Həmçinin əmək hüquqlarının müdafiəsi, əmək pensiyası hüququnun müəyyən olunması və s. ilə bağlı qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülməsi barədə tapşırıqlar verilib.

 

Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Müəllif | Apa.Tv
Apa.tv