Xırdalanda arvadını bıçaqlayan şəxs: "Öldürmək niyyətim yox idi"

Abşeron rayonunda 3 gün əvvəl həyat yoldaşını bıçaqlayan Tovuz rayon sakini Eldar Abbasov saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, hadisə Xırdalan şəhərində Abbasovun yaşadığı mənzildə baş verib.

 

Axşam sərxoş halda evə gələn Eldar 39 yaşlı həyat yoldaşı İlhamə Abbasova ilə mübahisə edib. Qadının sərt cavabları onu hövsələdən çıxardıb və mətbəxdə olan bıçağı götürərək ona 3 zərbə endirib. Onun sözlərinə görə, həyat yoldaşını öldürmək niyyəti olmayıb: "İki bıçaq zərbəsi qoluna, biri qarnına dəydi. Öldürmək niyyətim yox idi".

 

Abşeron PRİ-dən verilən məlumata görə, İlhamə Abbasovanın müalicəsi hazırda Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv